ABŞ-nin “Microsoft” korporasiyasının xidmətlərində baş verən texniki nasazlıq Almaniyanın qərbində yerləşən Brül şəhərindəki istirahət və əyləncə parkında 15 nəfərin xlordan zəhərlənməsinə gətirib çıxarıb.
Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, xlor sızmasına parkın ərazisində yerləşən otelin hovuzundakı texniki qüsur səbəb olub.
Xəbərdarlıq sistemi “Outlook” üzərindən işləyirmiş
Araşdırma zamanı məlum olub ki, hovuzda xlorun miqdarı normadan artıq olduqda məlumat verən avtomatik dozaj sistemi quraşdırılıb. Lakin bu sistemin xəbərdarlıq bildirişləri elektron poçt — “Outlook” proqramı vasitəsilə göndərilir. “Microsoft” xidmətlərində yaranan çöküş səbəbindən əyləncə parkındakı təhlükəsizlik bildirişi işə düşməyib.
Brüldə zərərçəkənlər tənəffüs yollarının qıcıqlanmasından və boğaz ağrılarından şikayətləniblər. Hadisə nəticəsində 4 nəfər xəstəxanaya yerləşdirilib, digər zərərçəkənlərə isə yerində tibbi yardım göstərilib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


