EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

İsrailin xarici kəşfiyyat xidməti (MOSSAD) İranın ABŞ Prezidenti Donald Trampa və onun administrasiyasının yüksəkvəzifəli nümayəndələrinə qarşı mümkün sui-qəsd hazırlığı barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) kəşfiyyat məlumatları ötürüb.

Realist.az İsrailin “Israel Hayom” nəşrinə istinadən xəbər verir ki, bu barədə yüksəkvəzifəli İsrail və Amerika mənbələri məlumat veriblər.

Tehranın əsas ssenarisi: Partlayıcı yüklü dronlar

Nəşrin məlumatına görə, Tehranın nəzərdən keçirdiyi əsas ssenarilərdən biri hücum zamanı partlayıcı maddələrlə təchiz edilmiş pilotsuz uçuş aparatlarından (dronlardan) istifadə edilməsini nəzərdə tutur.

İddia olunur ki, İsrail kəşfiyyatının əldə etdiyi bu məlumatlar daha bir Qərb kəşfiyyat xidməti tərəfindən də yoxlanılaraq təsdiqlənib.

Vaşinqtonda təhlükəsizlik tədbirləri maksimuma çatdırılıb

Yaranmış ciddi təhdidlər fonunda Amerika hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini gücləndirib. Belə ki, administrasiyanın bəzi yüksəkvəzifəli məmurları xüsusi mühafizə olunan obyektlərə köçürülüb, dövlət rəsmilərinin iştirakı ilə keçirilən ictimai tədbirlər isə əlavə məhdudiyyətlərlə təşkil olunmağa başlanılıb.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın