ABŞ-nin bütün hava limanlarından uçuşların bir neçə saatlıq dayandırılmasına səbəb olan avadanlıq nasazlığı kiberhücum nəticəsində deyil, texniki xəta səbəbindən baş verib.
Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin nəqliyyat naziri Daffi rəsmi açıqlama verib:
“Çoxsaylı suallar var idi. Bu, kiberhücum idimi? Hər hansı başqa bir ölkə bu şəbəkəyə hücum etmişdimi? Cavab ondan ibarətdir ki, biz belə hesab etmirik”.
Xarici müdaxilə əlaməti aşkarlanmayıb
Nazirin sözlərinə görə, ABŞ-nin müvafiq xüsusi xidmət orqanları və ixtisaslaşmış qurumları hadisə zamanı hər hansı kiberhücum əlaməti və ya xaricdəki hansısa strukturların bu məsələyə aidiyyəti olduğunu müəyyən etməyiblər.
Hazırda ABŞ hakimiyyət orqanları baş vermiş texniki nasazlığın bütün təfərrüatlarını və səbəblərini araşdırmağa davam edir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


