8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli iradəsini, birliyini və qəhrəmanlığını nümayiş etdirən tarixi gündür. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ölkəmizin hərb və dövlətçilik tarixində mühüm hadisəyə çevrilib.

Milli Məclisin deputatı Milcəlil Qasımlı Realist.az-a açıqlamasında bildirib ki, Şuşanın azadlığı Azərbaycan xalqının iradəsinin, milli birliyinin və Vətənə bağlılığının təntənəsidir.

Onun sözlərinə görə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz həmrəyliyi tarixi Zəfərin əldə olunmasında həlledici rol oynayıb.

Deputat qeyd edib ki, Şuşanın azad edilməsi yalnız bir şəhərin işğaldan qurtuluşu deyil, həm də xalqımızın milli qürurunun, tarixi ədalətin və Azərbaycanın ərazi bütövlüyünün bərpasının rəmzidir.

Milcəlil Qasımlı vurğulayıb ki, bu gün hər bir azərbaycanlının qarşısında dayanan əsas vəzifələrdən biri şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı bahasına əldə edilmiş Zəfəri qorumaq, dövlətimizin daha da güclənməsinə və işğaldan azad olunmuş ərazilərimizin dirçəlişinə töhfə verməkdir.

Deputat bildirib ki, Şuşa Azərbaycan xalqının qürur mənbəyi, Zəfər isə gələcək nəsillərə ötürüləcək ən böyük milli mirasdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəlalə Camal
Realist.az

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın