EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycan xalqının milli özünüdərk tarixində mühüm yer tutur. 1988-ci ildə Bakının Azadlıq meydanında başlayan ümumxalq hərəkatı xalqımızın azadlıq iradəsinin, milli birliyinin və müstəqil dövlətçilik arzusunun təcəssümü kimi tarixə düşüb. Bu tarixi gün Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin rəmzlərindən biridir.

Realist.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Mircəlil Qasımlı Milli Dirçəliş Günü ilə bağlı açıqlamasında bildirib.

Deputat qeyd edib ki, 17 Noyabr xalqımızın azadlıq əzminin, sarsılmaz iradəsinin, milli birliyinin və müstəqillik uğrunda mübarizəsinin şanlı rəmzidir.

Onun sözlərinə görə, tarix bir daha sübut edib ki, Azərbaycan xalqının azadlıq istəyinin və milli iradəsinin qarşısını heç bir qüvvə ala bilməz.

M.Qasımlı vurğulayıb ki, bu gün müstəqil, güclü və qalib Azərbaycan həmin mübarizənin ən böyük qürur və iftixar mənbəyidir.

Deputat Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib.

Şəlalə CAmal
Realist.az

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın