EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Nepalın şərqində 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar qonşu Hindistanın şərqində də hiss olunub.

Realist.az PTI xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Nepalın şərqində, Himalay dağları ərazisində, 10 kilometr dərinlikdə yerləşib.

Təkanlar Hindistanın Qərbi Benqal ştatının şimalında da hiss edilib. Hadisə yerli sakinlər arasında təşvişə səbəb olub, bəzi ərazilərdə insanlar təhlükəsizlik məqsədilə evlərini tərk ediblər.

İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində ölən və yaralananlar, eləcə də dağıntılar barədə məlumat daxil olmayıb.

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın