Kaliforniyanın baş prokuroru Rob Bonta şirkətin rəhbəri Censen Huanqın istefasından sonra “Nvidia” korporasiyasına qarşı araşdırmaya start verib.
Realist.az “Politico” nəşrinə istinadən xəbər verir ki, Bonta baş qərargahı Kaliforniyanın Santa-Klara şəhərində yerləşən texnologiya nəhənginə araşdırma çərçivəsində zəruri məlumatların təqdim edilməsi barədə rəsmi çağırış (bildiriş) göndərib.
Çiplərin Çinə ötürülməsi və investorların aldadılması şübhəsi
Baş prokuror araşdırmanın əsas istiqamətlərini belə açıqlayıb:
“Xüsusilə, biz ‘Nvidia’nın qabaqcıl çiplərinin və ya şirkətin məxfi məlumatlarının Çinə düşə biləcəyini, həmçinin ‘Nvidia’nın investorları və ictimaiyyəti çaşdırıb-çaşdırmadığını araşdırırıq.”
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


