ABŞ administrasiyası Avropa və Ukrayna rəsmilərini yanvarın əvvəlinədək Kiyev və Moskva arasında sülh sazişinin əldə olunmasını istədiyi barədə məlumatlandırıb.
Realist.az “Financial Times” (FT) nəşrinə istinadən xəbər verir ki, Ağ Ev Demokratlar Partiyası ABŞ Konqresinə nəzarəti ələ keçirməzdən əvvəl bu razılaşmanı bağlamağı hədəfləyir.
Kiyevdən böyük güzəştlərin tələb olunacağı ilə bağlı narahatlıq var
ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin iştirakı ilə keçirilən görüşün yekunlarına dair nəşrə danışan avropalı rəsmi Vaşinqtonun təzyiqlərindən bəhs edib:
“Amerikalılar güclü təzyiq göstərirlər və sazişin əldə olunmasına yaxınlaşmaq üçün Ukrayna tərəfindən nəhəng güzəştlərin tələb olunacağına dair narahatlıq mövcuddur.”
Mayamidə keçiriləcək G20 sammiti və Fransanın şərti
Qəzet adları açıqlanmayan iki amerikalı rəsmiyə istinadən yazır ki, Donald Tramp 14–15 dekabr tarixlərində Mayamidə keçiriləcək G20 sammiti zamanı Avropa liderləri ilə münaqişənin başa çatdırılması barədə danışıqlar apara bilər.
Bununla belə, Fransanın yüksəkvəzifəli rəsmisi bildirib ki, sammit çərçivəsində görüşlərə Ukrayna tərəfi dəvət olunmazsa, Avropa İttifaqı (Aİ) ilə Ukrayna mövzusunda heç bir danışıqlar aparılmayacaq.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


