EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Qərbi Azərbaycana qayıdışın qanunvericilik bazası yaradılmalı, ata-baba yurdlarına qayıtmaq istəyən şəxslərin qaçqın statusuna yenidən baxılmalıdır.

Realist az xəbər verir ki, bunu deputat Əziz Ələkbərli Milli Məclisin plenar iclasında çıxışı zamanı bildirib.

“Qərbi Azərbaycana qayıdış məsələsi yalnız qaçqınların doğma yurdlarına dönməsi deyil, eyni zamanda Azərbaycanın gələcək təhlükəsizliyi və bölgədə dayanıqlı sülhün təmin olunması baxımından da əhəmiyyətlidir. Qayıdışın təmin edilməsi üçün ilk növbədə hüquqi baza formalaşdırılmalı, Qərbi Azərbaycana qayıtmaq istəyən şəxslərin hüquq və vəzifələri Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına uyğun şəkildə dəqiqləşdirilməlidir”, – deyə o qeyd edib.

Deputatın sözlərinə görə, qanunvericilikdə məcburi köçkünlərlə bağlı müddəalarda qaçqınların da hüquqları nəzərə alınmalıdır: 

“Xüsusilə sosial müdafiəyə ehtiyacı olan Qərbi Azərbaycan qaçqınlarının həssas qrup kimi diqqətdə saxlanılmasını vacib hesab edirəm . Bu istiqamətdə müvafiq güzəştləri tətbiq edilməlidir”.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın