EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP dəmir yolunun texniki parametrlərinin Azərbaycanla razılaşdırılmasının vacibliyini bəyan edib.

“Realist az” xəbər verir ki, parlamentdə çıxış edən Paşinyan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu məsələ ilə bağlı müvafiq açıqlamasına münasibət bildirib.

“Dəmir yolu başqa bir dəmir yolu ilə birləşmək üçün tikilir. Axı biz Mehri ətrafında dövrə vuracaq və heç nə ilə birləşməyəcək suveren dəmir yolumuzu tikməyə hazırlaşmırıq”, – deyə Paşinyan qeyd edib.

Onun sözlərinə görə, Ermənistan dəmir yolu Azərbaycanın dəmir yolu ilə birləşməlidir və buna görə də texniki parametrlərin razılaşdırılması zəruridir. Paşinyan üçtərəfli işçi qrupunun məhz bu məqsədlə yaradıldığını əlavə edib.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın