EZZE — lüks və xüsusi mebel, interyer (reklam)
Ötən gün Bakının Qaradağ rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən polis əməliyyatı zamanı 24 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Realist.az-a məlumat verilib.

Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirməkdə şübhəli bilinən İ.Daşdəmirov saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı ümumi çəkisi 24 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.

Araşdırmalarla müəyyən edilib ki, İ.Daşdəmirov xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

 

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın