Rusiya Finlandiya sərhədi yaxınlığında hərbi infrastrukturunu yenidən qurur
Rusiya Finlandiya sərhədindən təxminən 60 kilometr məsafədə yerləşən hərbi qarnizonun yenidən qurulmasına başlayıb.
Realist.az xəbər verir ki, bu barədə Finlandiyanın nüfuzlu “Yle” teleradio şirkəti jurnalistlərin analiz etdiyi peyk görüntülərinə istinadən məlumat yayıb.
Görüntülərə əsasən, Kareliya bərzəxində yerləşən Rusiyanın Kamenka hərbi qarnizonunda çox sayda köhnə bina sökülüb və onların yerində yeni tikililərin inşasına start verilib.
”Yle”nin məlumatına görə, həmin ərazidə döyüş və atəş hazırlığı üçün nəzərdə tutulmuş müasir təlim mərkəzi yaradılır. Hazırda bu qarnizonda Rusiya ordusunun ən iri quru qoşunları birləşmələrindən biri olan 69-cu motoatıcı diviziya yerləşir. Müxtəlif mənbələrin məlumatına əsasən, Rusiya komandanlığı bu diviziyanın şəxsi heyətinin sayını 11 000 hərbçiyə çatdırmağı planlaşdırır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


