Qırğızıstan Baş Prokurorluğuna Rusiya həbsxanalarında saxlanılan qırğız vətəndaşlarının Ukraynaya qarşı müharibədə iştirak etmək üçün hərbi xidmətə cəlb olunması (verbot) cəhdləri ilə bağlı müraciətlər daxil olur.
Bu barədə Qırğızıstan Baş prokurorunun müavini Konkubayeva bildirib. Baş Prokurorluq daxil olan bu kimi müraciətləri araşdırılması üçün Xarici İşlər Nazirliyinə (XİN) yönəldir.
Məsələ parlamentdə də gündəmə gətirilib. Qırğızıstan parlamentinin deputatı Kılıçbayev prokurorluq nümayəndəsinə müraciət edərək konkret fakt təqdim edib. Deputatın sözlərinə görə, Rusiyanın Vorkuta şəhərindəki təcridxanada saxlanılan qırğız vətəndaşının ailəsi onunla əlaqə saxlayıb. Ailənin verdiyi məlumata görə, həbsdəki vətəndaşdan günde 3-4 dəfə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq tələb olunur.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
