Rusiya XİN vətəndaşlarına xəbərdarlıq etdi: İrana səfərlərdən çəkinin
Rusiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına yeni gərginlik təhlükəsi səbəbindən İrana səfərlərdən müvəqqəti olaraq çəkinməyi tövsiyə edib.
Realist.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyanatla çıxış edib.
Zaxarova artıq İslami Respublikasında olan Rusiya vətəndaşlarını ehtiyatlı olmağa, kütləvi toplaşma yerlərindən, tədbirlərdən, eləcə də hərbi və dövlət obyektlərinin yaxınlığındakı ərazilərdən uzaq durmağa çağırıb:
“Kritik, nəqliyyat, energetika və xüsusilə də hərbi infrastruktura aid obyektləri foto və videoya çəkmək qətiyyətlə tövsiyə edilmir,” – deyə XİN rəsmisi əlavə edib.
Bu bəyanat Rusiya Prezidenti Vladimir Putinin Moskvada İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyən (mətn daxilində Rezayi) ilə görüşü fonunda verilib. İran mediasının məlumatına görə, nümayəndə Rusiya liderinə İslami Respublikasının Ali Rəhbərinin xüsusi məktubunu təqdim edib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
