Cənubi Koreya Xarici İşlər Nazirliyi Amerika Birləşmiş Ştatları ilə birgə keçirilən hərbi təlimlərin sırf müdafiə xarakteri daşıdığını bəyan edib.
Realist.az xəbər verir ki, bu barədə Cənubi Koreya XİN-in yaydığı rəsmi bəyanatda bildirilir.
Nazirliyin açıqlamasında qeyd olunur ki, Koreya Respublikası və ABŞ-ın birgə hərbi manevrləri hər il təşkil olunur:
“Bu təlimlər Şimali Koreyanın nüvə və raket proqramından irəli gələn artan təhlükələrə cavab olaraq müdafiə qabiliyyətini saxlamaq məqsədi daşıyır. Belə manevrlər yalnız Koreya yarımadasında deyil, bütövlükdə Şimal-Şərqi Asiyada sülh və sabitliyə töhfə verir.”
Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ və Cənubi Koreyanın Şimali Koreya (KXDR) sərhədləri yaxınlığında keçirdiyi hərbi manevrləri “açıq-aşkar təxribat xarakterli” adlandırmışdı. Zaxarovanın sözlərinə görə, bu təlimlərin əsas məqsədi nüvə silahından istifadə etməklə KXDR-ə qarşı qabaqlayıcı zərbələrin endirilməsini məşq etməkdir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
