Bakıda güclü nəqliyyat sıxlığı var: NİİM sıxlıq olan küçələrin siyahısını açıqladı
Bakının bir sıra əsas küçə və prospektlərində nəqliyyatın hərəkətində ciddi sıxlıq müşahidə olunur.
Realist.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda tıxac və sıxlıq olan yollar:
-
Bakı-Sumqayıt şosesi: “20 Yanvar” metro stansiyası istiqamətində;
-
Binəqədi şosesi: “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
-
1-ci Göl kənarı yolu: Ziya Bünyadov prospekti istiqamətində;
-
Ziya Bünyadov prospekti:
-
Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
-
Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
-
Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
-
-
Əbdülvahab Salamzadə küçəsi: Ziya Bünyadov prospekti istiqamətində;
-
Tbilisi prospekti: “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
-
Mikayıl Müşfiq küçəsi: “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
-
Babək prospekti: mərkəz istiqamətində;
-
Heydər Əliyev prospekti: həm əsas, həm də köməkçi yolda mərkəz istiqamətində;
-
8 Noyabr prospekti: Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
-
Üzeyir Hacıbəyli küçəsi: Azadlıq prospekti ilə kəsişməyə qədər;
-
Yusif Səfərov küçəsi: mərkəz istiqamətində.
Sürücülərə hərəkət marşrutunu seçərkən mövcud sıxlığı nəzərə almaları tövsiyə olunur.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
