Cari ilin noyabr ayında ölkənin 10 rayonunda vətəndaşlara Səyyar ASAN xidmət göstəriləcək.
Realist.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Səyyar xidmətin göstəriləcəyi rayonlar və tarixlər
Dövlət Agentliyinin məlumatına əsasən, Səyyar ASAN xidmətin qrafiki və məkanları müəyyənləşdirilib:
-
Noyabrın 3–16-da: Oğuz, Ağstafa, Şabran, Astara, Ucar və Xırdalan şəhərlərində;
-
Noyabrın 3–6-da: Xankəndi şəhərində;
-
Noyabrın 3–13-də: Neftçala rayonunda;
-
Noyabrın 12–26-da: Biləcəri qəsəbəsində;
-
Noyabrın 13–26-da: Ağdam rayonunda;
-
Noyabrın 17–26-da: Hacıqabul rayonunda Səyyar ASAN xidmət baş tutacaq.
İş qrafiki və əlaqə məlumatları
Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.
-
Neftçala üzrə xüsusi qrafik: Neftçalada fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunda iş vaxtı saat 11:00-dan 17:00-dək nəzərdə tutulub.
-
Məlumat mərkəzi: Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzinə (daxili nömrə 3 yığaraq) müraciət edə bilərlər.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
