Noyabrın 22-də Azərbaycanın bəzi bölgələrində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edilib.
Realist.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
Bildirilib ki, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Göyçay, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Qobustan, Gəncə, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Ağdam, Ağcabədi, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Lerik və Yardımlıda qərb küləyi əsəcək.
Sarı xəbərdarlığa uyğun olaraq küləyin sürətinin saniyədə 13,9-20,7 metr olacağı gözlənilir.