
COP31 çərçivəsində Azərbaycanın Paris Sazişi üzrə öhdəliklərinin icrası və iqlim hesabatlılığında şəffaflığın artırılması istiqamətində beynəlxalq tədbir keçirilib.
Realist.az-a bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN)məlumat verilib.
Bildirilib ki, nazirliyin təşkilatçılığı ilə keçirilən tədbir “Birinci İkiillik Şəffaflıq Hesabatından (BTR1) İkinci İkiillik Şəffaflıq Hesabatına (BTR2): hesabatlılığın təkmilləşdirilməsi və qabaqcıl təcrübələr” mövzusuna həsr olunub.
Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Azərbaycanın İkinci İkiillik Şəffaflıq Hesabatını (BTR2) təqdim edib.
Görüşdə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyinin Şəffaflıq Bölməsinin direktoru, COP29-un prezidenti və Qlobal Ekoloji Fondun (GEF) nümayəndəsi çıxış ediblər.
Hesabatın təqdimatı tədbir iştirakçıları tərəfindən müsbət qarşılanıb.
Tədbir çərçivəsində 1990–2024-cü illər üzrə istixana effekti yaradan qaz emissiyalarının əsas sektorlar üzrə inventarlaşdırılmasının təkmilləşdirilməsi, milli hesabatlılıq potensialının gücləndirilməsi və bu sahədə beynəlxalq təcrübə mübadiləsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


