EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi “Uşaq Hüquqları Aylığı” çərçivəsində Sumqayıt şəhər 63 nömrəli körpələr evi-uşaq bağçasında maarifləndirici tədbir təşkil edib.

Realist.az-a  bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirin məqsədi uşaqların hərtərəfli inkişafına, fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə töhfə vermək, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətini formalaşdırmaq, həmçinin xilasedici və yanğınsöndürənlərin peşə fəaliyyəti barədə biliklərini artırmaq olub.

Tədbirdə FHN-in yerli qurumlarının əməkdaşları, bağçanın tərbiyəçi-müəllimləri və uşaqlar iştirak ediblər.

Əvvəlcə bağçada təhsil alan uşaqların əl işləri nümayiş etdirilib, ədəbi-bədii proqram təqdim olunub.

Çıxışlarda uşaqların hüquqlarının qorunmasının, onların sağlam və təhlükəsiz mühitdə böyüməsinin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu vurğulanıb. Bu siyasətin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğu və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi bildirilib.

Həmçinin fövqəladə hallar zamanı uşaqların təhlükəsizliyinin təmin edilməsi, təbii və texnogen xarakterli hadisələr zamanı düzgün davranış qaydalarının öyrədilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Qeyd olunub ki, erkən yaşlardan təhlükəsizlik biliklərinin aşılanması uşaqların həyat və sağlamlığının qorunmasında mühüm rol oynayır.

Daha sonra təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydalarına dair videoçarxlar nümayiş etdirilib, iştirakçılara maarifləndirici materiallar və yaddaş kitabçaları paylanılıb.

Sonda bağçanın həyətində FHN-in yanğın-xilasetmə vasitələri təqdim olunub, uşaqları maraqlandıran suallar cavablandırılıb.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın