EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

 

Paytaxtın Sabunçu rayonunda evlərdən oğurluq etməkdə şübhəli bilinən dörd nəfər saxlanılıb.

Realist.az-a bu barədə DİN-dən məlumat verilib. Bildirilib ki, iki sakin polisə müraciət edərək evlərindən ümumi dəyəri 1690 manat olan məişət əşyalarının oğurlandığını bildiriblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən A.Qarabəyli, N.Xəlilov, əvvəllər məhkum olunmuş R.Ağayev və F.Rzayev müəyyən edilərək saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, şübhəli şəxslər ev sahiblərinin evdə olmamasından istifadə edərək dəmir barmaqlıqları sındırıb mənzillərə daxil olublar.

Faktlarla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın