EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Slovakiyanın Baş prokuroru Maroş Jilinkanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində “ASAN xidmət” mərkəzini ziyarət edib.

Realist az-abu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Agentliyin sədr müavini Ceyhun Salmanov nümayəndə heyətinə “ASAN xidmət” modelinin yaradılması, fəaliyyət prinsipləri və sosial innovasiyalar sahəsində tətbiq olunan yeniliklər barədə məlumat verib.

Təqdimat zamanı Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət”in beynəlxalq səviyyədə tanıdılması və milli brend kimi ixracı istiqamətində görülən işlərdən də bəhs olunub. Bildirilib ki, bu sahədə 50-dən çox ölkə ilə əməkdaşlıq həyata keçirilir.

Qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət və “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə də yaxından tanış olublar.

Slovakiya nümayəndə heyəti “ASAN xidmət” modelinin yaratdığı təəssüratın yüksək olduğunu vurğulayıb.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın