Sumqayıtda Sərvər Bədəlbəyli küçəsində zəncirvari qəza
Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
“Realist.az”ın yerli bürosu xəbər verir ki, qəza şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb. Yol-nəqliyyat hadisəsi zamanı beş fərqli markalı minik maşını toqquşub.
Qəzada iştirak edən avtomobillər və zərər
Qəzada aşağıdaki markalı nəqliyyat vasitələri toqquşub:
-
“BMW”
-
İki “Toyota”
-
“Hyundai”
-
“Chery”
Zəncirvari qəza nəticəsində hər beş avtomobilə ciddi maddi ziyan dəyib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.
Reaksiyalar:
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
