Şərur rayonunda soyuducu anbarda bədbəxt hadisə baş verib

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ağır bədbəxt hadisə qeydə alınıb. Hadisə rayonun İbadulla kəndində yerləşən soyuducu anbarda baş verib.

“Realist”in yerli bürosu xəbər verir ki, anbarda olan yük rəfləri birdən-birə aşıb. Nəticədə iki nəfər qəfildən kartof taylarının altında qalıb.

Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Aşma nəticəsində 1963-cü il təvəllüdlü Rüqayyə Nurəli qızı Məmmədova həyatını itirib. Diqər sakin, 1976-cı il təvəllüdlü Səidə Əsgər qızı Zamanova isə müxtəlif xəsarətlər alıb.

Yaralı dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb. Həkimlər onun müalicəsini davam etdirirlər.

Faktla bağlı Şərur Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisənin başvermə səbəbləri dəqiqləşdirilir.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın