Qəribabadi: Hörmüz boğazında gəmiçiliyin bərpası müddəti iki günə endirilib
İranın Hörmüz boğazının açılması ilə bağlı planının icra müddəti yeddi gündən iki günə endirilib.
Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bəyanat verib.
Pakistan və Qətərlə məsləhətləşmələr aparılıb
Diplomatın sözlərinə görə, bu məsələ ilə bağlı vasitəçilərlə, o cümlədən Pakistan və Qətərlə müvafiq məsləhətləşmələr aparılıb:
“İran özünün diplomatik sadiqliyini nümayiş etdirib; indi Tehranın Hörmüz boğazını açması üçün praktiki addımlar atmaq növbəsi ABŞ-dədir”.
Tehran Vaşinqtonun “vaxt uzatmasından” ehtiyatlanır
Bundan əlavə, Qəribabadi qeyd edib ki, ABŞ-nin bəzi şərtlərin icrasını təxirə salması yekun razılaşmanın əldə olunmasını qeyri-mümkün edir.
Nazir müavini Vaşinqton tərəfindən təhlükəsizlik zəmanətlərinin verilməsinin vacibliyini bir daha təkrarlayıb və ABŞ-nin İslam Respublikasına qarşı yeni zərbələrə hazırlaşmaq üçün “vaxt uzada” biləcəyini də istisna etməyib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


