Donald Tramp UFC-nin (Ultimate Fighting Championship) prezidenti Deyna Uayta Ağ Evin mətbuat katibi vəzifəsini təklif etdiyini bildirib. O, həmçinin tanınmış döyüşçülər Həbib Nurməhəmmədov və İslam Maxaçevi də öz komandasına dəvət edib.
Realist.az xəbər verir ki, Tramp bu barədə özünə məxsus “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Tramp Uaytı “sərt döyüşçü və cəsur insan” kimi xarakterizə edərək, onun Ağ Evin mətbuat katibi postunda misilsiz fəaliyyət göstərəcəyini vurğulayıb.
“Solçu dəlilərdən qorunmaq üçün bu insanlara ehtiyacımız var”
ABŞ lideri öz paylaşımında UFC ulduzlarının komandaya cəlb olunması təşəbbüsünün təfərrüatlarını bölüşüb:
-
Mətbuat katibi təklifi: “Möhtəşəm Deyna Uayta, amansız döyüşçü və döyüşçüyə Birləşmiş Ştatların mətbuat katibi vəzifəsinin təklif olunduğunu bildirməkdən şadam. Deyna, xahiş edirəm, bu işi qəbul et!”
-
Komandaya dəvət edilən döyüşçülər: Tramp Deyna Uaytdan bəzilərinin ABŞ vətəndaşı olmamasına baxmayaraq, köməkçilərini də özü ilə gətirməsini xahiş etdiyini bildirib: “Bəziləri ölkəmizdən olmasa da, İslama Maxaçev, Həbib Nurməhəmmədov, Dşastin Qetji, Daniel Kormye, Amanda Nunes və Kayla Xarris kimi şəxsləri yanında gətirməsini istədim.”
-
Siyasi bəyanat: Tramp UFC idmançılarının komandada yer almasının vacibliyini belə əsaslandırıb: “Bizi solçu dəlilərdən qorumaq üçün bu insanlara ehtiyacımız var. Deyna tayı-bərabəri olmayan bir mətbuat katibi olacaq.”
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
