Donald Trampdan sensasion UFO açıqlaması: “F-22-dən 4 dəfə sürətli idi”

ABŞ Prezidenti Donald Tramp qeyri-adi dərəcədə yüksek sürətlə hərəkət edən naməlum uçan obyektləri (NUO/UFO) müşahidə edən amerikalı hərbi pilotlarla şəxsən görüşdüyünü bəyan edib.

“Report” xəbər verir ki, Amerika lideri bu barədə “Newsmax” telekanalına verdiyi müsahibəsində diqqətçəkən detalları açıqlayıb.

“Əvvəllər inanmırdım, amma dəqiq bilirəm ki, qəribə şeylər görünür”

ABŞ Prezidenti əvvəllər bu tür iddialara şübhə ilə yanaşdığını, lakin hərbi pilotlarla söhbətdən sonra fikrinin dəyişdiyini bildirib:

“Mən belə şeylərə o qədər də inanmırdım. Mənim ancaq bu barədə danışan dostlarım var idi. Amma indi dəqiq bilirəm ki, biz həqiqətən də oldukça qəribə şeylər görürük.”

Tramp xüsusilə uçuşlar zamanı baş verən anomal hadisələrlə qarşılaşan ABŞ Hərbi Hava Qüvvələrinin 5 və ya 6 pilotu ilə ayrı-ayrılıqda həmsöhbət olduğunu vurğulayıb.

F-22-ni qabaqlayan dairəvi obyekt

Prezident müsahibəsində pilotlardan birinin qarşılaşdığı dəhşətli sürət fərqindən də söz açıb. İddiaya görə, pilot Amerikanın ən müasir “F-22” qırıcısından dörd dəfə daha sürətlə hərəkət edən dairəvi formalı obyekt müşahidə edib.

Tramp həmin söhbəti belə xatırlayır:

“Mən soruşdum: ‘Bəlkə bu, bir kometa və ya başqa bir təbiət hadisəsi idi?’ O isə cavabında dedi: ‘Xeyr, cənab, bu tamamilə başqa bir şey idi’.”

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın