Türkiyədə facəvi qəza: Zonguldakda mədən ocağında partlayış baş verib

Türkiyənin Zonguldak əyalətinin Kilimli rayonunda yerləşən mədən ocaqlarından birində güclü partlayış baş verib.

Gələn son dəqiqə məlumatlarına əsasən, bədbəxt hadisə nəticəsində 2 fəhlə həyatını itirib, 5 fəhlə isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bələdiyyə sədrindən “CNN TÜRK”ə ilk açıqlama

Hadisə ilə bağlı Kilimli Bələdiyyə sədri Burhan Sezgin “CNN TÜRK” telekanalına açıqlama verərək xilasetmə işlərinin gedişatı haqqında məlumat verib:

“Təəssüf ki, partlayış zamanı 2 fəhləmiz həyatını itirib. Aparılan təcili xilasetmə əməliyyatları nəticəsində 4 nəfər sağ çıxarılıb. Hazırda 1 fəhləmiz isə uçun altında qalıb və onun xilas edilməsi istiqamətində işlər aramsız davam etdirilir.”

Əraziyə çoxlu sayda xilasedici, tibb briqadası və yanğınsöndürənlər cəlb olunub.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın