Türkiyə dünya rekordu qırdığını açıqladı: “EJDERHA” sistemi eyni anda 51 dronu sıradan çıxardı
Türkiyənin müdafiə sənayesi şirkəti ASELSAN özünün “EJDERHA” antidron sisteminin imkanlarını nümayiş etdirərək, cəmi bir neçə saniyə ərzində 51 pilotsuz uçuş aparatını (PUA) eyni anda sıradan çıxarıb.
Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, möhtəşəm sınaq şirkətin yaradılmasının 51-ci ildönümü münasibətilə keçirilib. Sistem raket atmadan və heç bir döyüş sursatından istifadə etmədən, yalnız güclü elektromaqnit dalğaları vasitəsilə dronların elektron komponentlərini sıradan çıxarıb. ASELSAN-ın bəyanatına görə, istiqamətləndirilmiş enerji vasitəsilə bu sayda dronun eyni vaxtda zərərsizləşdirilməsi dünyada ilk dəfə həyata keçirilib.
“Polad Günbəz” (Çelik Kubbe) sisteminin tərkib hissəsi olacaq
“EJDERHA” sistemi mini və mikrodronlarla, o cümlədən müasir döyüş meydanında geniş istifadə olunan FPV-dronlarla mübarizə aparmaq üçün nəzərdə tutulub. Yeni kompleks Türkiyənin çoxsəviyyəli hava hücumundan müdafiə sistemi olan “Polad Günbəz”in (Çelik Kubbe) tərkibinə daxil ediləcək.
Şirkət həmçinin bəyan edib ki, “EJDERHA” sistemi artıq seriyalı istehsala buraxılıb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


