Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Körfəz turu çərçivəsində Küveytlə enerji sahəsində əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanıb. Sənəd, Ərdoğan və Küveyt əmiri Mişal əl-Əhməd əl-Cabir əs-Sabahın iştirakı ilə imzalanıb. Müqaviləni Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar və Küveytin Elektrik, Su və Bərpa Olunan Enerji naziri Subaih Əbdüləziz əl-Muxaizim imzalayıblar.

Razılaşma elektrik, enerji səmərəliliyi və bərpa olunan enerji sahələrində ortaq layihələr və təcrübə mübadiləsini nəzərdə tutur. Bayraktar bildirib ki, bu əməkdaşlıq iki ölkə arasında enerji əlaqələrini daha da gücləndirəcək.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın