“ASAL Araştırma” mərkəzinin keçirdiyi son sosial sorğunun nəticələrinə əsasən, Türkiyə sakinlərinin 34,8%-i ölkədəki mövcud problemləri heç bir siyasi partiyanın həll edə bilməyəcəyini düşünür.
Sorğu iştirakçılarının 23%-i ümidlərini hakim Ədalət və İnkişaf Partiyasına (AKP) bağladığını bildirib. 16,6% respondent isə yeni siyasi qüvvələrə şans verdiyini ifadə edib.
Siyasi partiyalar üzrə reytinq nisbəti
Müxalifət və digər siyasi partiyaların nəticələri sorğuda aşağıdakı kimi paylanıb:
-
İYİ Parti: 3,8%
-
DEM Parti: 2,5%
-
MHP (Milliyyətçi Hərəkat Partiyası): 2,2%
-
CHP (Cümhuriyyət Xalq Partiyası): 1,1%
İnvestisiya fondları böhranı diqqət mərkəzindədir
Eyni araşdırmada iqtisadi məsələlərə də toxunulub. Sorğuda iştirak edənlərin 16,5%-i investisiya fondları ətrafında yaranan böhranı Türkiyənin ikinci ən mühüm və vacib problemi kimi qiymətləndirib.
© Realist Media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
