Vens amerikalılara xəbərdarlıq etdi: Demokrat konqresmenlər ABŞ-ı Fransadakına bənzər vəziyyətə gətirəcəklər

“Qərb liberalistləri müxtəliflik və rəhm-şəfqət adı altında Üçüncü dünyanı Fransa və digər ölkələrə gətirdilər. Onlar assimilasiya və uyğunlaşma kimi fundamental məsələlərə məhəl qoymadılar. Onlara bunun belə bir nəticəyə gətirib çıxaracağı deyilirdi, lakin dinləmədilər”, – ABŞ-ın vitse-prezidenti Vens Fransada keçirilən kütləvi etirazları belə şərh edib. O, Limoj şəhərində XIX əsrə aid meriya binasında baş verən yanğın kadrlarını paylaşaraq, Fransa hakimiyyətinin yaxın vaxtlarda “bu dəliliyə” son qoya biləcəyinə ümid etdiyini bildiriib.

Eyni zamanda, Fransada baş verən bu hadisələr fonunda Vens amerikalılara xəbərdarlıq edib: “Ümid edirəm ki, amerikalılar prosesləri diqqətlə izləyirlər. Bu, demokrat konqresmenlərin sizin ölkəniz üçün arzuladığı gələcəkdir”.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın