Azərbaycanın Xalq artisti, tanınmış xanəndə və müğənni Zaur Rzayev 74 yaşında dünyasını dəyişib.
Realist.az xəbər verir ki, bu barədə məlumatı sənətkarın oğlu Azər Rzayev təsdiqləyib.
Məlumata görə, 74 yaşlı Xalq artisti bir müddətdir müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edib.
Zaur Rzayevin mənalı ömür yolu və sənət fəaliyyəti
Zaur Rzayev 1952-ci il yanvarın 28-də Kürdəmir rayonunda anadan olub:
-
Təhsili: Orta təhsilini başa vurduqdan sonra Bakı Kitabxanaçılıq Texnikumunda və Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb. Zəngin səs imkanlarına malik sənətkar daha sonra Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsində təhsilini davam etdirib.
-
Hərbi sənət fəaliyyəti: Müxtəlif illərdə Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblında solist və bədii rəhbər kimi fəaliyyət göstərərək, hərbi-vətənpərvərlik mahnılarının ifası ilə dərin rəğbət qazanıb.
-
Fəxri adları: Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 1998-ci ildə “Azərbaycanın Əməkdar artisti”, 2003-cü ildə “Azərbaycanın Xalq artisti”, 2008-ci ildə isə “Dağıstan Respublikasının Xalq artisti” fəxri adlarına layiq görülüb.
Mərhum sənətkarın ifaları Azərbaycan musiqi xəzinəsində özünəməxsus yer tutur.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
