İranın Ali Lideri Müctəba Xamenei Birləşmiş Ştatlarda keçirilən aralıq seçkilərində Respublikaçılar Partiyasının məğlubiyyətini şərh edərək, bu nəticələrin Vaşinqtonun Tehrana qarşı düşmənçilik siyasətini dəyişməyəcəyini bəyan edib.

Realist.az xəbər verir ki, Xamenei xalqa müraciətində ABŞ-nin mövcud siyasi sistemindən hər hansı yumşalma gözləməyin yanlış olduğunu vurğulayıb:

“Əgər hələ də mövcud dünya nizamının partiya və siyasi sistemindəki dəyişikliklərə və ya davranışların dəyişməsinə ümid bəsləyənlər varsa, yaxud ABŞ-yə xoş görünməklə onları İran xalqına qarşı düşmənçilikdən çəndirməyin mümkün olduğunu düşünənlər varsa, onlar kəskin şəkildə yanılırlar”, – deyə İranın Ali Lideri qeyd edib.

Hürmüz boğazı və ABŞ bazalarına hücumlar: “Mübarizənin ilkin mərhələsidir”

Xamenei öz çıxışında regiondakı hərbi gərginliyə və strateji su yollarına nəzarət məsələsinə də toxunub:

  • Hürmüz boğazına nəzarət: Ali Lider İranın Hürmüz boğazı üzərində nəzarət bərqərar etməsini və region ölkələrindəki ABŞ obyektlərinə təşkil edilən hücumları yalnız təcavüzə cavab deyil, həm də “regional miqyasda imperializmə qarşı mübarizənin ilkin mərhələsi” kimi qiymətləndirib.

  • Xəbərdarlıq: Xamenei xəbərdarlıq edib ki, ABŞ tərəfindən yeni zərbələr endiriləcəyi təqdirdə, İranın verəcəyi “cavabın miqyası müqayisəolunmaz dərəcədə daha geniş olacaq”.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın