Reuters: Qətər İrana ABŞ ilə münaqişəyə xitam verilməsi üzrə razılaşma layihəsi təqdim edib

Qətərli vasitəçilər İrana ABŞ ilə münaqişənin dayandırılmasını nəzərdə tutan yeni razılaşma layihəsi təqdim ediblər.

Realist.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, sənəd oktyabrın 25-də qarşı tərəfə təhvil verilib və hazırda Tehran təklifi diqqətlə nəzərdən keçirir.

7 günlük plan və zəmanətçi ölkələr

Əldə olunan məlumatlara əsasən, təqdim olunan sülh planı aşağıdakı əsas məqamları əhatə edir:

  • Etimadın möhkəmləndirilməsi: Razılaşma layihəsi tərəflərin “etimadı möhkəmləndirmək” üçün atmalı olduğu addımları əks etdirən 7 günlük xüsusi fəaliyyət planını müəyyən edir.

  • Cavab müddəti: İranın həftənin sonunadək təkliflərlə bağlı rəsmi cavab verəcəyi gözlənilir.

  • Zəmanətçi dövlətlər: Planda, həmçinin prosesin dürüstlyünü təmin etmək üçün bir neçə ölkənin zəmanətçi sifəti ilə iştirakı nəzərdə tutulur.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın