Mirzoyan: Ermənistan KTMT-yə qayıtmaq niyyətində deyil
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətində iştirakını uzun müddətdir ki, dayandırıb, üzvlüyünü dondurub və bu təşkilata qayıtmaq imkanını nəzərdən keçirmir.
Realist.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda sloveniyalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.
“Əgər təşkilatın digər üzv dövlətləri və ya Baş Katibliyi hər hansı bəyanat və ya şərh verirsə, bu, əbəsdir. Biz mövqeyimizi dəyişmək niyyətində deyilik və KTMT-yə qayıtmağımız üçün heç bir imkan görmürük”, – deyə Mirzoyan vurğulayıb.
Reaksiyalar:
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
