Qrossi: İran zədələnmiş nüvə obyektlərini bərpa etməyə cəhd göstərmir

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ötən ilin iyun ayından bəri İran tərəfindən zədələnmiş nüvə obyektlərinin bərpası və ya yenidən qurulması istiqamətində hər hansı cəhd qeydə almayıb.

Realist.az xəbər verir ki, bu barədə BAEA-nın baş direktoru Rafael Qrossi BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramına həsr olunmuş iclasındakı çıxışı zamanı bildirib.

“2025-ci ilin iyun ayından bəri 2025 və 2026-cı illərdəki hücumlar nəticəsində zədələnmiş obyektlərin təmir və ya bərpa edilməsi məqsədilə hər hansı fəallıq aşkar etməmişik”, – deyə Qrossi vurğulayıb.

Texniki səviyyədə danışıqlar davam edir

Agentlik rəhbərinin sözlərinə görə, BAEA hazırda İran İslam Respublikasının ərazisində təftişlər keçirməsə də, beynəlxalq qurum Tehranla texniki səviyyədə danışıqları davam etdirir.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın