ABŞ-nin “Theodore Roosevelt” atom təyyarədaşıyan gəmisi sabah Yaxın Şərqə çatacaq
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Theodore Roosevelt” atom təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərq regionuna çatacaq.
Realist.az “The New York Times” qəzetinə istinadən xəbər verir ki, bu barədə nəşrə məlumatlı mənbə bildirib.
Bölgədəki ABŞ aviadaşıyıcılarının sayı üçə çatır
Qeyd olunur ki, hazırda Yaxın Şərqdə ABŞ-nin artıq iki təyyarədaşıyan gəmisi — “USS George H. W. Bush” və “USS George Washington” mövcuddur.
“Theodore Roosevelt” gəmisinin də bölgəyə gəlişi ilə Amerikanın Yaxın Şərqdəki hərbi-dəniz qruplaşması üç təyyarədaşıyan gəmiyə qədər genişlənəcək.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


