EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Tanzaniyanın məşhur turizm məkanlarından olan Zənzibar adasının şimalındakı Nunqvi bölgəsində baş verən güclü yanğın ciddi dağıntılara səbəb olub.

Realist.az xəbər verir ki, bu barədə “The Citizen” nəşri məlumat yayıb.

Məlumata görə, alov altı otelə, eləcə də 40-dan çox mağaza, restoran, çimərlik barı və digər kommersiya obyektinə ziyan vurub. Yanğın sahilboyu ərazidə geniş sahəyə yayılıb, hadisə yerindən yayılan görüntülərdə güclü alov və sıx tüstü müşahidə olunub.

Zənzibarın Turizm və Antik Əşyalar naziri Nasra Nassor Omarın bildirdiyinə görə, yanğın ilkin ehtimala əsasən, hotellərdən birində çörək bişirmək üçün istifadə edilən sobadan başlayıb. Alovun yaxınlıqdakı tikililərə keçməsinə külək və binaların bir-birinə yaxın yerləşməsi də təsir göstərib.

Hadisə zamanı ərazidə olan 183 turist təhlükəsiz şəkildə təxliyə edilib və digər hotellərdə yerləşdirilib. İlkin məlumatlara əsasən, turistlər arasında xəsarət alan olmayıb. Bununla belə, təxliyə zamanı bəzi əməkdaşların yüngül xəsarət aldığı bildirilir.

Təxminən üç saat davam edən müdaxilədən sonra yanğın nəzarət altına alınıb. Alov nəticəsində bəzi turistlərin şəxsi əşyaları və sənədləri də yararsız vəziyyətə düşüb.

Hadisədən sonra bölgədəki turizm obyektlərində yanğın təhlükəsizliyi qaydalarına riayət olunması ilə bağlı əlavə yoxlamaların keçirilməsi məsələsi gündəmə gəlib.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın