Milli Məclisin deputatı Aydın Mirzəzadə Realist.az-a açıqlamasında bildirib ki, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən, xüsusilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hüquq sahəsində genişmiqyaslı islahatlar həyata keçirilib. Bu islahatların mühüm istiqamətlərindən biri də ədliyyə sisteminin demokratik dövlətlərin prinsiplərinə uyğun təkmilləşdirilməsi olub.
Deputatın sözlərinə görə, ötən illər ərzində bu istiqamətdə mühüm işlər görülüb və hazırda Azərbaycanın ədliyyə sistemi müasir dövrün tələblərinə cavab verir:
“Sadalanan bütün sahələr üzrə ölkəmizdə müvafiq qanunvericilik bazası formalaşdırılıb. Zaman keçdikcə yaranan ehtiyaclara uyğun olaraq qanunvericilik təkmilləşdirilir, yeni yanaşmalar tətbiq olunur. Bu sahələrdə çoxsaylı peşəkar hüquqşünaslar fəaliyyət göstərir və onların əməyi Azərbaycanda hüququn və demokratiyanın inkişafına mühüm töhfə verir”.
A.Mirzəzadə 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə bu sahədə çalışanları təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Şəlalə Camal
Realist.az
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


