Realist.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin payız sessiyasının bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Ermənistanın gələcəyi artıq əvvəlki dövrlərdə olduğu kimi imperiya mərkəzlərində müəyyənləşmir. Komitə sədri qeyd edib ki, yeni Konstitusiya layihəsi ilə eyni vaxtda ABŞ Prezidenti Donald Tramp tarixi TRIPP layihəsinin icrasına rəsmən başlanıldığını bəyan edib.
Z.Orucun sözlərinə görə, Qarabağ münaqişəsinin Cənubi Qafqazı hərbi qarşıdurma və blokada şəraitində saxladığı dövrdən fərqli olaraq, indi region böyük açılışa hazırlaşır.
Deputat 35 il əvvəl Ermənistanda əhalinin mütləq əksəriyyətinin Azərbaycan torpaqlarının işğalını tələb etdiyini xatırladıb. O vurğulayıb ki, hazırda Azərbaycan əsas ərazisi ilə Naxçıvanı quru yolu vasitəsilə birləşdirməyə doğru irəliləyir.
Zahid Oruc əlavə edib ki, Ermənistan cəmiyyətinin dinc qonşuluğu, yoxsa torpaq iddialarına əsaslanan qarşıdurma yolunu seçməsi ölkənin gələcəyini müəyyən edəcək. Onun fikrincə, referendumun nəticələri xarici dövlətlərin deyil, Ermənistan vətəndaşlarının iradəsini əks etdirməlidir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


