EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Ukrayna Prezidenti Volodimir Zelenski ilin əvvəlindən bəri dördüncü dəfə Kiyevə səfər edən Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna ilə görüş keçirib.

Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, V.Zelenskinin sözlərinə görə, tərəflər Rusiyanın Ukraynanın enerji infrastrukturuna endirdiyi zərbələri, ölkəyə göstərilən enerji yardımını, gələn ilin əvvəlində Estoniyada keçiriləcək Ukraynanın Bərpası Konfransına hazırlığı, eləcə də danışıqlar prosesini və gələcək təhlükəsizlik zəmanətlərini müzakirə ediblər.

Kiyev Vaşinqtondan yeni görüşün tarixi ilə bağlı təklif gözləyir

Ukrayna dövlət başçısı bəyan edib ki, rəsmi Kiyev ABŞ-nin vasitəçiliyi ilə aparılan sülh prosesində Avropanın tamhüquqlu iştirakı üçün böyük işlər görüb.

“İndi Kiyev Amerika tərəfindən dördtərəfli formatda keçirilməli olan yeni görüşün tarixi ilə bağlı təklif gözləyir”, — deyə V.Zelenski vurğulayıb.

Prezident həmçinin ölkəsi üçün vacib olan bütün sahələrdə Ukraynaya göstərdiyi dəstəyə görə Estoniyaya təşəkkürünü bildirib.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın