Avropa İttifaqı (Aİ) liderləri Ukrayna Prezidenti Volodimir Zelenskiyə ABŞ-ın keçmiş prezidenti Donald Trampın ünvanına səsləndirdiyi açıq tənqidlərin dozasını azaltmağı tövsiyə etməyə hazırlaşırlar.

“Financial Times” qəzetinə verdiyi müsahibədə Ukrayna dövlət başçısı Trampın Rusiya ilə dizel yanacağı sahəsində bağladığı son sazişi kəskin tənqid edib. Zelenski, həmçinin ABŞ-ın kəşfiyyat məlumatlarını Ukrayna ilə bölüşməkdən imtina etməsini pisləyib və amerikalı siyasətçinin avtokrat liderlərə rəğbət bəslədiyini bəyan edib.

Bryussel görüşü: “Hər həqiqəti ucadan demək olmaz”

Nəşrin mənbələrə istinadən verdiyi məlumata görə, Zelenskinin bu sərt qiymətləndirməsi Aİ liderlərini təəccübləndirib.

Oktyabrın 16-da Bryusseldə Ukrayna prezidenti ilə görüşəcək avropalı dövlət xadimlərinin onu ritorikanı yumşaltmağa çağıracağı gözlənilir. Avropa İttifaqı rəsmilərindən biri məsələyə münasibət bildirərkən deyib:

“Bəlkə də bu dedikləri həqiqətdir, lakin hər həqiqəti ucadan bəyan etmək doğru deyil”.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın