EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Keçmiş UFC çempionu, məğlubedilməz rusiyalı döyüşçü Həbib Nurməhəmmədov oktaqona qayıtması üçün edilən 200 milyon dollarlıq təklifi qəbul etməyib.

Realist.az “Championship Rounds”a istinadən xəbər verir ki, bloqer, promouter və boksçu Ceyk Pol rusiyalı idmançıya böyük məbləğ qarşılığında peşəkar döyüşlərə qayıtmağı təklif edib.

Söhbət zamanı Pol Həbibdən idmana nə vaxt qayıdacağını soruşaraq ona 200 milyon dollar təklif edib.

Nurməhəmmədov isə belə bir qayıdış üçün səbəb görmədiyini bildirib. O, sübut etməli olduğu heç nəyin qalmadığını və pulun onun üçün motivasiya olmadığını vurğulayıb.

“Ni­yə geri qayıtmalıyam? Mənim sübut etməli olduğum heç nə yoxdur. Rəqib yoxdur, yalnız pul var. Bu isə mənim üçün motivasiya deyil”, – deyə Həbib bildirib.

Qeyd edək ki, Həbib Nurməhəmmədov 2020-ci ildə Castin Qetjiyə qalib gəldikdən sonra peşəkar MMA karyerasını başa vurub. O, idman karyerasını 29 qələbə və heç bir məğlubiyyət almadan tamamlayıb.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın