Rusiya ordusunun oktyabrın 14-də Ukraynanın paytaxtı Kiyevə həyata keçirdiyi hava hücumu zamanı bir azərbaycanlı ailənin mənzilinə ciddi ziyan dəyib.

Hücum nəticəsində şəhərin Desnyanski rayonunda yerləşən Beydullayevlər ailəsinə məxsus mənzil dağıntılara məruz qalıb.

Ballistik raket binanın yaxınlığına düşüb

Məlumata görə, Rusiyanın atdığı ballistik raket birbaşa yaşayış binasının yaxınlığına düşüb. Zərbə anında ailənin oğlu İsmixan Beydullayev evdə olub. Xoşbəxtlikdən o, xəsarət almayıb və həyatı üçün heç bir təhlükə yoxdur.

Kiyevdə ölənlərin və yaralananların sayı artır

Son rəsmi məlumatlara görə, Rusiyanın Kiyevə təşkil etdiyi bu son hava zərbələri nəticəsində ümumilikdə 5 nəfər həlak olub, 20-dən çox insan isə yaralanıb. Ərazidə xilasetmə və fəsadların aradan qaldırılması işləri davam etdirilir.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın