Xətai Rayon Məhkəməsindən həbs qərarı: 5 şəxsin həbs müddəti uzadıldı, 1 iş Apellyasiya Məhkəməsinə göndərildi

Xətai Rayon Məhkəməsində ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən bir qrup şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə prosesi keçirilib.

“Realist.az”ın məlumatına görə, məhkəmənin çıxardığı qərara əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri (cinayətkar birlik (təşkilat) yaratma, onda iştirak etmə və qanunsuz narkotik vasitələrin dövriyyəsi) ilə təqsirləndirilən şəxslərin həbsdə saxlama müddəti artırılıb.

Həbs müddəti 4 ay uzadılan şəxslər:

Məhkəmənin qərarı ilə aşağıdakı şəxslər barəsində həbsdə saxlama müddəti 4 ay həddində müəyyən edilib:

  • Əfəndiyev Kamran Səttar oğlu

  • İsmayılov Mikayıl Vəli oğlu

  • Dadaşov Ramil Zahir oğlu

  • Eldarov Eldar Faiq oğlu

  • Zülfiqarov Həsən Mehman oğlu

Sözügedən şəxslər Cinayət Məcəlləsinin 218.1, 218.2 (cinayətkar birlik yaratma və ya orada iştirak etmə), 234.4.1, 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 29, 234.4.1, 29, 234.4.3-cü (eyni əməllərə cəhd göstərmə) maddələri ilə ittiham olunurlar.

Əhməd Əli-zadənin işi Bakı Apellyasiya Məhkəməsinə göndərilib

Məhkəmənin digər qərarı ilə təqsirləndirilən Əli-zadə Əhməd Arzuxan oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatətə baxılması üçün başqa məhkəməyə verilməsi məsələsinin həll olunması məqsədilə materiallar Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın