Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli (63 kq) böyük uğura imza atıb. O, Qazaxıstanın Astana şəhərində keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.
“Realist.az” xəbər verir ki, pəhləvanımız 1/4 finalda Qətər təmsilçisi Aref Mohammadini məğlub edib. Daha sonra o, yarımfinalda rusiyalı Sergey Yemelinlə qarşılaşıb. Gərgin keçən görüşdə Nihat Məmmədli rəqibini üstələyərək adını finala yazdırıb.
Həsrət Cəfərov yarımfinalda və Azərbaycan komandasının nəticələri
Digər təmsilçimiz Həsrət Cəfərov (67 kq) da uğurlu çıxışını davam etdirir. O, 1/4 finalda Cənubi Koreya idmançısı Hanjae Çunqu məğlub edib. Həsrət yarımfinalda İran pəhləvanı Səid Esmaeili ilə qarşılaşacaq.
Təəssüf ki, 87 kq çəkidə yarışan İslam Abbasov 1/8 finalda məğlub olaraq mübarizəni dayandırıb.
Xatırladaq ki, Astanadakı mundial noyabrın 1-də başa çatacaq. Yarışda daha əvvəl Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıblar.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
