“Azeri Light” nefti ucuzlaşdı: Dünya bazarında son qiymətlər açıqlandı
Dünya bazarında “Azeri Light” (AZER) markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,11 ABŞ dolları və ya 4 % azalaraq 122,49 ABŞ dolları təşkil edib.
“Realist.az”ın neft bazarındakı mənbəyə istinadən verdiyi məlumata görə, birja hərraclarının nəticələrinə əsasən, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti isə 119,52 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Xatırladaq ki, Azərbaycan neftinin qiyməti dünya bazarında təklif və tələb nisbətinə, eləcə də qlobal geostrateji amillərə uyğun olaraq tənzimlənir.
Reaksiyalar:
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
