CENTCOM İranın iddiasını təkzib etdi: “ABŞ gəmiləri Hörmüz boğazında tapşırıqları icra edir”
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran tərəfinin Amerika hərbi gəmilərinin Hörmüz boğazından geri çəkilməsi ilə bağlı yaydığı məlumatlara cavab verib.
“Realist.az”ın məlumatına görə, CENTCOM rəsmi şəkildə bəyan edib ki, ABŞ hərbi gəmiləri Hörmüz boğazı və ona bitişik strateji akvatoriyada planlaşdırılmış tapşırıqları yerinə yetirməyə davam edirlər.
İRNA və SEPAH-ın iddiası yalan çıxdı
Mərkəzi Komandanlıq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı tərəfindən səsləndirilən “ABŞ gəmiləri boğazdan yüzlərlə kilometr uzaqlaşıb” iddiasının tamamilə həqiqətdən uzaq olduğunu bildirib.
“Nəzarət İranın deyil, ABŞ və tərəfdaşlarının əlindədir”
CENTCOM tərəfindən yayılan rəsmi bəyanatda xüsusi olaraq vurğulanıb:
“SEPAH rəhbərliyinin iddiaları faktları əks etdirmir. Bu kritik beynəlxalq su yolu üzərində təhlükəsizlik və nəzarət mexanizmini İran deyil, məhz Birləşmiş Ştatların Silahlı Qüvvələri və bizim regional tərəfdaşlarımız həyata keçirirlər.”
Xatırladaq ki, Hörmüz boğazı qlobal neft daşımalarının əsas qovşağı sayılır və regionda tərəflər arasında hərbi-dəniz gərginliyi yüksək səviyyədə qalmaqdadır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
