KXDR lideri Kim Çen İn Koreya Xalq Ordusunun bölük komandirlərini fasiləsiz və intensiv təlimlər vasitəsilə öz bölmələrinin müharibəyə tam hazır olmasını təmin etməyə çağırıb. Onun sözlərinə görə, “komandirlər yüksək döyüş qabiliyyəti, möhkəm inqilabi əqidəsi və vətənpərvərlik ruhu ilə seçilən bölmələr formalaşdırmalıdırlar”. O, həmçinin bölük komandirlərinə xüsusi diqqət yetirməklə silahlı qüvvələrdə islahatları sürdürəcəyinə söz verib.

“Realist.az” xəbər verir ki, Kim Çen İn ordudakı kadr hazırlığının dövlət təhlükəsizliyi üçün prioritet olduğunu vurğulayıb.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın